Sağlamlıq

Qan axtaranlara kömək

20 Aprel 2014 21:22
1 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alimlər insanlara süni qan köçürməyə hazır olduqlarını deyirlər.

Edinburq Universitetinin layihəsinə rəhbərlik edən Şotland Milli Qanköçürmə Xidmətinin rəhbəri Mark Terner deyib: "Biz ilk dəfə insan bədənində istifadə oluna biləcək qırmızı qan cisimcikləri yaratmışıq. Əvvəllər bizdə belə bir şey olmamışdı".

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 2016-cı ildə keçirilməsi planlaşdırılan tədqiqat qanın sənayə miqyasında istehsalına yol aça bilər. Hətta o, donor qanını da əvəz edə bilər.

Təcrübələrə, çox güman ki, daim qanköçürməyə ehtiyac duyan üç  talassemiya xəstəsi cəlb olunacaq. İlk olaraq onların orqanizminə 5 ml süni qan yeridiləcək. Bu, həmin hüceyrələrin insan orqanizmində özlərini təbii apara bilib-bilməyəcəklərini yoxlamağa imkan verəcək.

Professor Terner qeyd edib ki, bu kəşfin elan olunması qan donorluğunun dayandırılması anlamına gəlməməlidir. Ancaq deyib ki, ola bilsin, 20 il sonra süni qan norma olsun.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.