Arıqlamaq üçün yeməyin saatı onun qədərindən daha vacibdir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, effektiv şəkildə arıqlamaq üçün yeməyi hər gün eyni saatlarda yemək lazımdır.
Pəhriz saxlayan 1000 nəfərin göstəriciləri müqayisə olunarkən belə nəticəyə gəlinib. Bu insanlardan çoxu üçün vacib faktor qidanın həcmi deyil, onun yeyilmə saatı olub.
Mütəxəssislər 7:11-də səhər, 12:38-də nahar, 18:14-də şam yeməyi yeməyi məsləhət bilirlər. Saat 11 və günün yarısı isə azyağlı ərzaqların qəbulu üçün uyğundur. Bu zaman səhər yeməyi ən vacib qida qəbuludur. Ona görə bu zaman faydalı ərzaqlardan istifadə etmək lazımdır. Əgər insan müntəzəm olaraq səhər yeməyini qaçırırsa, nəinki çəkisi artacaq, həmçinin ümumi sağlamlıq durumu da pisləşəcək.
Mütəxəssislərin rəyini soruşduqları insanların 84%-i güman ediblər ki, qida qəbulunun dəqiq rejimi çəkini azaltmaq üçün vacibdir. Həmçinin çoxları bildiriblər ki, çox erkən şam etmək arıqlamağa kömək edir (onların 67%-i saat 19:00-dək şam etməyi məsləhət bilib). Rəyi soruşulan pəhriz saxlayanların 50%-i etiraf edib ki, 18:00-22:00 arası adamın səbri tükənir. 62% isə 20:00-dan sonra televizor seyr edərkən çərəz yeməyi daha təhlükəli hesab edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İsrail ordusu Hizbullahın qərargah rəisini öldürdü
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik