Sağlamlıq

Bağırsaq çöpü təhlükəli həddə çatıb

6 Aprel 2014 19:03
0 Şərh     Baxış: 9 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir müddət də keçsə, onu heç nə ilə məhv etmək mümkün olmayacaq.

Avstraliya İnfeksion Xəstəliklərin Araşdırılması Mərkəzinin alimləri qorxunc bəyanatla çıxış ediblər: E.coli patogeninin elə bir ştammı var ki, onu tam dərman dayanıqlığından cəmi bir gen ayırır.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu o deməkdir ki, xırdaca bir gen mutasiyası bağırsaq çöpünü tamamilə müalicəsiz, yəni bütün dərmanlara qarşı dayanıqlı edə bilər.

Bu, ST131 ştammıdır. O, çox geniş yayılmaqdadır. İldən-ilə də qan və sidik yolları infeksiyasını müalicə etmək çətinləşir. Hər il dünyada 150 milyon insan sidik yolları infeksiyasına yoluxur. Beş il əvvəl isə E.coli-nin ST131 ştammı bu qədər qorxulu deyildi.
 
Hələlik alimlər ST131 ştammının bir "əcdad"dan 10 il əvvəl yarandığını aşkar ediblər. Mütəxəssislər dünyanın 6 regionundan toplanmış E.coli ST131 ştammının genetik fərqlərini ortaya qoymaq üçün ən yeni DNT araşdırması texnologiyalarından istifadə etməyə çalışırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.