Sağlamlıq

Qocalığın qarşısını necə almalı?

6 Aprel 2014 19:47
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qocalmanı gecikdirmək və maddələr mübadiləsini dəyişmək mümkündür.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, rasionun kaloriliyini cəmi 10% azaltmaqla ömrü uzatmaq mümkündür. Belə bir iddianı Viskonsin-Medison Universitetinin əməkdaşları irəli sürüblər. Onlar 25 il ərzində rasionun qocalığa təsirini 76 meymun üzərində yoxlayıblar.

Məlum olub ki, aşağı kalorili rasion nəinki qocalmanı gecikdirir, üstəlik, xəstəlik riskini və vaxtsız ölümü əngəlləyir.

Eksperiment zamanı heyvanların rasionunun kaloriliyini 30% azaldıblar. Başqa bir qrup heyvanın isə rasionuna heç bir məhdudiyyət qoyulmayıb. Bu ikinci qrupda meymunların xəstələnmə riski 2,5, vaxtsız ölüm riski isə 3 dəfə artıq olub.

Əvvəl analoji müşahidələr gəmirici və milçəklər üzərində aparılıb. Onların rasionunun kalorisinin azaldılması ömrün uzunluğunu 40% artırıb. Bu nəzəriyyə indi özünü primatlarla eksperimentdə də doğrultduğundan kalorini azaltma xüsusiyyətlərinə malik yeni preparatların hazırlanması düşünülür.

Kalorinin azalması bədəndə enerjinin tənzimlənməsinə gətirib çıxarır. Yəni orqanizm "yanacaq"dan istifadə edir. Bu minvalla metabolizm də işini yenidən qurur.

Alimlər bildirirlər ki, bu nəticələr xüsusilə diabet xəstələri üçün aktualdır. Məsələn, rasionunda məhdudiyyət olmayan qrupdakı heyvanlarda diabet əlamətləri yaranıb, rasionunda kalorisi azaldılan qrupdakı meymunlarda isə belə problem olmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.