Sağlamlıq

Qaçış ömrü qısaldır?

6 Aprel 2014 20:44
0 Şərh     Baxış: 2 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hesab edilir ki, qaçış sağlamlığa xeyirdir. O, çəkini, qan təzyiqini nəzarətdə saxlamağa, stressi və xolesterinin miqdarını azaltmağa kömək edir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, son tədqiqatlar bunun əksini söyləyir.

İş burasındadır ki, burada əsas rolu qaçışın müddəti oynayır. Ən optimal rejim 1-2,5 saat çox sürətli olmayan qaçışdır (həftədə 2-3 dəfə). Heç zaman qaçmayan insanlar və marafon yarışçılarının isə ömrü normal rejimdə qaçanların ömründən gödək olur. 

Doktor Martin Matsumura 3800 qaçışçının göstəricilərini analiz edib (orta yaş həddi 46). Onlardan 70%-i həftədə 32 km qaçırmış.

Mütəxəssislər bildirirlər ki, marafonda iştirak edən adamların əksəriyyəti ağrıkəsici (steroid olmayan iltihab əleyhinə preparatlar, məsələn, ibuprofen) və aspirin qəbul edib, demək ki, ürəklərini qorumaq gərək olub. 

Həmçinin yüksək təzyiq, xolesterinin yüksək olması, ailədə ürək xəstəliyi olanların sayı, nikotin asılılığının səviyyəsi də nəzərə alınıb. Məlum olub ki, bu sadalananların heç biri ömür müddətinə qaçışın çoxluğu qədər güclü təsir etməyib. 

Ciddi yüklənmələr orqanizmin yorulmasına, bədənin qocalmasına səbəb olub və sağlıq problemləri yaradıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.