Sağlamlıq

Donor orqana "get" deyən yox

6 Aprel 2014 21:23
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəllidir ki, donordan orqan alan xəstələr üçün əməliyyatın özü deyil, həmin orqanın orqanizm tərəfindən "itələnməsi" daha qorxuludur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunun baş verməməsi üçün xeyli toksik preparat qəbul etmək lazım gəlir. Ancaq alimlər orqanizmin immunitetinin gücləndirilməsinin yeni üsulunu tapıblar. Bu metodu yeni böyrək köçürülən 20 pasiyent üzərində təcrübədən keçiriblər.

Adi halda onlar bir gündə 20-dək müxtəlif dərman qəbul etməli idilər. Həmin dərmanlar isə özlüyündə böyrək çatışmazlığı və xərçəng, köp və diareya riskini artırır. Emori Universitetinin əməkdaşı Alan Kirk immunitetin möhkəmlədilməsinin yeni üsulunu tapıb. Hal-hazırda 7 belə xəstə hər ay yalnız bir iynə vurdurur, 13 nəfər isə bir iynə vurdurur və gündə 1 həb atır. Bu metodikanın əsasında alemtuzumab preparatı dayanır. Onu birbaşa əməliyyat zamanı vena daxilinə yeridirlər. Bu vasitə yeni köçürülmüş orqana hücum çəkən limfositləri məhv edir. Limfositlərin ümumi miqdarı 12-18 ay müddətində normaya düşür. Və onlar yeni orqanı artıq orqanizmin təbii bir hissəsi kimi qəbul edirlər.

Sonra isə belatasept maddəsi dövrəyə girir. O, yeni limfositlərə orqanı "itələməyə" icazə vermir. Əvvəlcə belatasepti tez-tez yeritmək lazım gəlir, transplantasiyadan 6 ay sonra isə ayda bir dəfə vurulur.

Pasiyentlər hər gün bir həb qəbul edirlər. Bu, immuniteti bir qədər yavaşladan sirolimus preparatıdır. O, alemtuzumabın təsir edə bilmədiyi köhnə limfositləri məhv edir. Transplantasiyadan bir il sonra heç bir pasiyentdə orqanın itələnməsi əlaməti görülməyib və beləcə standart terapiyanın da tətbiqinə gərək qalmayıb.

Tədqiqatın 10 iştirakçısına sirolimusdan imtina etmək təklif edilib. Yalnız 7 nəfər buna razılaşıb. Onlara hər ay belatasept vurulub. 3,5 il sonra 20 nəfərin hamısı özünü yaxşı hiss edib. Mütəxəssislər metodikanın geniş təcrübəsini aparmağı planlaşdırırlar. Hətta perspektivdə belataseptdən imtina etmək durur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.