Sağlamlıq

Azərbaycan vərəmin müalicəsinə görə dünyada ən yüksək göstəricilərdən birinə nail olub

28 Mart 2014 12:26
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Trend-in məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə, Azərbaycan təcrübəsi" adlı filmin Azərbaycan dilindəki versiyasının təqdimatında deyib.

Onun sözlərinə görə, dünyada immun çatışmazlığı virusundan sonra insan ölümünə səbəb olan ikinci ən geniş yayılmış infeksiya törədicisi vərəmdir. Multirezistentli (MDR) vərəm bütün dünyada, xüsusilə də keçmiş SSRİ məkanının əksər hissələrində yüksək sürətlə artır. Bu ölümcül xəstəlik cəzaçəkmə yerlərində xüsusilə təhlükəlidir: "Lakin Azərbaycanda Ədliyyə Nazirliyi vərəmin müalicəsinə görə regionda ən yüksək göstəriciyə, dünyada isə ən yüksək göstəricilərdən birinə nail olub. Nazirlik və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək üçün birgə və ciddi səy göstərib".

D.Duran həmçinin qeyd edib ki, Azərbaycanın vərəmlə mübarizəsi artıq nümunəvi model olaraq tətbiq edilməkdədir. Bu gün təqdim olunan və 2013-cü ildə hazırlanmış film isə ölkədə məhbuslar üçün fəaliyyətə başlayan mərkəzi müalicə müəssisəsində göstərilən fərdi diqqətin, mütəxəssis qayğısının və məhkəm siyasi istək və iradənın nəticəsində həbsxanalarda MDR vərəmlə mübarizədə Azərbaycanın model rolunu oynadığını göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.