Sağlamlıq

İlbiz zəhərindən ağrıkəsici

21 Mart 2014 22:23
0 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İlbizlərin zəhərindən yeni nəsil ağrıkəsici hazırlamaq planlaşdırılır.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin dərmanın qabapentin və morfindən 100 dəfə güclü olacağı və asılılıq yaratmayacağı təxmin edilir.

Yırtıcı ilbizlərin zəhərinin aktiv elementi olan konotoksin balığı uzun müddət hərəkətsiz edə bilir. Kvinslend Universitetinin mütəxəssisi Devid Kreyk bildirir ki, konotoksin 5 təcrübi preparatın yaradılmasında əsas kimi götürülüb.
 
Hələlik bunlardan yalnız biri siçovullar üzərində təcrübədən keçirilib. Konotoksin heyvanlarda ağrını götürüb. Nəzəriyyəyə görə, o, xroniki ağrıları olan insanlara da kömək edə bilər.

Məlumdur ki, bir çox canlıların zəhəri əsəb sistemində müəyyən zəncirləri bloka salır. Onların iş prinsipi opium tərkibli ağrıkəsicilərin, məsələn, morfinin və hidrokodonun, işindən fərqlənir. Yeni dərmanın oral formada olacağı nəzərdə tutulur. Alimlər bu fikirdədirlər ki, insanlar üzərində təcrübə 2 ildən sonra başlana bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.