İqtisadiyyat

Azərbaycanlılar Rusiyada topdansatış ərzaq bazası TİKƏCƏKLƏR

30 Mart 2017 20:51
1 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı investorlar bu il İnquşetiyada topdansatış ərzaq bazası və mağazaların tikintisinə başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu mağazalarda respublikanın brendi altında Yaxın Şərq ölkələrindən məhsullar bazar dəyərindən 10-20 faiz aşağı qiymətə satılacaq.

Məlumatda qeyd olunur ki, ərzaq bazası 2000 kvadrat metrlik ərazidə tikiləcək və 1500 ton ərzaq saxlayacaq.

Azərbaycanlı investorlar bu günədək Rusiyanın beş şəhərində - Sankt-Peterburq, Moskva, İvanovo, Novorossiysk və Pyatiqorskda ərzaq bazası işə salıb.

İnquşetiyada açılacaq bazada İsrail, İran, Türkiyə və Misirdən gətirilən məhsullar tədarük olunacaq.

İnvestorlarla görüş zamanı İnquşetiya rəhbərliyi topdansatış ərzaq bazasının Karabulakda keçmiş kimya zavodunun ərazisində tikilməsini təklif edib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.