İqtisadiyyat

Duman Bakı aeroportunun işinə təsir etməyib

27 Noyabr 2014 17:12
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda müşahidə edilən dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib

Bunu Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) deyiblər.

AZAL-dan bildiriblər ki, aviareyslərin yola salınması ştat rejimində həyata keçirilir, lakin Məşhəd və Naxçıvana iki reys ləğv edilib ki, bu da hava şəraiti ilə əlaqədardır.

QSC-dən qeyd ediblər ki, Kiyevdən aviareys də yubanır. AZAL-dan bunun hava şəraitinin pisləşməsi ilə əlaqədar olduğunu istisna etməyiblər: "Kiyevdən yola düşən reys yubanır və Bakıya saat 17:30-da çatacaq".

Qeyd edək ki, sinoptiklər noyabr ayının sonunadək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürəcəyini, qar və sulu qar yağacağını, Bakıda və Abşeron yarımadasında isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyini, arabir yağıntılı olacağını bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.