Mədəniyyət

Efirlərdən uzaq düşən məşhur azərbaycanlı aktrisa: "Məhvə doğru gedirdim" - FOTO

23 İyun 2017 21:05
2 Şərh     Baxış: 3 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aktrisa, əməkdar artist Lətifə Əliyeva tamaşaçılarından uzaq düşüb.

Aktrisa uzun müddətdir nə efirlərə çıxır, nə də ki, mətbuata müsahibələr verir. Milli.Az Lətifə xanımla əlaqə saxlayıb. Aktrisa saytımıza açıqlamasında tamaşaçı sevgisinin onu bəzi anlarda xilas etdiyini vurğulayıb.

"Düşünmürəm küçədə gedəndə məni neçə adam tanıyır, neçə adam yox. Amma onu bilirəm ki, "Bəyin oğurlanması" filmindəki roluma görə sevənlərim çoxdur. Hər dəfə film efirə gedəndə mənə zənglər gəlməyə başlayır. Küçədə gəzəndə mənə maraqla baxırlar, yaxınlaşıb ünsiyyət saxlamaq istəyirlər. Özümə də qəribə gəlir ki, yəni mən unudulmamışam? Tamaşaçılar elə anlarda qolumdan tutublar ki, artıq məhvə doğru gedirdim (kövrəlir). Bir də görürdüm ki, məni qucaqlayıblar ki, "qurban olum, sən filan artistsən?" İnsanın problemi olanda heç evdən də çölə çıxmaq istəmir. Ona görə də efirlərə çıxmaq istəmirəm, artıq taleyimlə barışmışam", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.