Mədəniyyət

"Boqema" operasının tamaşası keçiriləcək

24 Yanvar 2017 19:00
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Boqema" operasının tamaşası keçiriləcək.

Tamaşada Teatrın aparıcı solistlərindən əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), xalq artisti Əli Əsgərov (Alsindor), solistlərdən Tural Ağasıyev (Şonar), Tələt Hüseynov (Kollen) çıxış edəcəklər.

Teatr rəhbərliyi tamaşada iki əsas partiyanı ifa etmək üçün qastrolçular dəvət etmişdir. Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovun adı opera həvəskarlarına artıq tanışdır. Növbəti dəfə teatrımızın qonağı olacaq beloruslu vokalçı Marsel partiyasını ifa edəcəkdir. Özbəkistanın Xalq artisti, Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov isə tərəfimizdən ilk dəfə Bakıya dəvət olunmuşdur. Bir sıra beynəlxalq vokal müsabiqələrinin laureatı olub, dünyanın qabaqcıl teatrlarının səhnələrində çıxış edən R.Usmanovu tamaşaçılar "Boqema" operasının tamaşasında Rudolf partiyasında görə biləcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.