Mədəniyyət

Musiqi məktəblərində xalq çalğı alətlərinə maraq azalıb

28 Yanvar 2015 18:44
Baxış: 2 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda 3 musiqi məktəbi fəaliyyət göstərir. 7 illik uşaq musiqi məktəbi rayonun ən böyük tədris mərkəzlərindəndir. Burada 450 şagird təhsil alır. Regional TV (Region TV) xəbər verir ki, şagirdlərin 280-i fortopiano şöbəsində musiqinin sirlərini öyrənir. Qalan şagirdlər isə xalq çalğı alətləri qrupuna daxil olan qarmon, klarnet, nağara, kamança, balaban və tar kimi alətlərin sirlərinə yiyələnir. Pedaqoqlar xalq çalğı alətlərinə marağın az olmasını musiqi məktəbinə gələnlərin, əsasən, qız uşaqları olması ilə əlaqələndirir. Qızlarını məktəbə gətirən valideynlərin əksəriyyəti övladının məhz fortopianoda ifa etməsini istəyir.

Musiqi məktəbində hazırda bu ixtisaslarla yanaşı skripka da tədris olunur. Bu ixtisas da piano qədər maraq cəlb edə bilməyib. Fortopianonun belə geniş maraq cəlb etməsinin digər səbəbi də müxtəlif cizgi filmlərinin və xarici bəstəkarların musiqilərinin uşaqlar tərəfindən ifa etmək arzusudu.

Ən əsas səbəblərdən biri də valideynlərin uşağının gələcəkdə qazanc yeri ilə təmin etmək məqsədidir. Belə ki, fortopiano alətində ifa etməyi bacaran musiqiçi gələcəkdə sintezator və ionika alətlərində rahat ifa edə bilir. Bu da günün tələbinə uyğun olaraq, onları toylardan qazanc əldə etməklə təmin edir.
 

Musiqişünas-pedaqoqlar milli alətlərimizin texniki imkanlarını avropa alətlərinin imkanlarından daha geniş olduğunu bildirir. Onlar valideynlərə tövsiyə edir ki, musiqi alətini seçməkdə övladlarının istəyinə müdaxilə etməsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.