Səyyahlıq Aralıq dənizində formalaşan insanlığın ta qədim dövrlərdən maraq göstərdiyi bir məslək olub. Azərbaycanda da Mahmud Qaşqarlı, Zeynalabdin Şirvani kimi dahi səyyahlar ölkəmizi bütün dünyada tanıdıb. Haqqında bəhs edəcəyimiz qəhrəmanımız səyyah olmaqla yanaşı çox maraqlı artefakt əldə edib.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 54 yaşlı Əlişir Əhmədli hələ cavan yaşlarından iki dəfə dünya səyahətinə çıxıb və 2 il 22 gün ərzində keçmiş SSRİ, Şərqi Avropa və Yaxın Şərq ölkələrini qarış-qarış gəzib. Lakin gəzdiyi ölkələrdən xatirə şəkillərindən savayı daha mühüm bir əşya əldə edib. Bu da dahi Azərbaycan şairi şeyx İmadəddin Nəsiminin Hələb şəhərindəki türbəsinin qədim kilididir. Bu səyahəti Əlişir Əhmədli 1993-1994 cü illərdə Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edib. Səyyah danışır ki, Nəsiminin məzarı tarixi Hələb qalasının yaxınlığında yerləşir və məhz burada o, Nəsimi sülaləsi ilə yaxından tanış olur. İmadəddin Nəsimi məscidinin imamı şeyx Noman ona məsciddə qalmağa icazə verir. Gənc səyyah məsciddə gedən cari təmir işlərində yaxından iştirak edir və şairə olan sevgisi ilə Nəsimi şəcərəsinin üzvlərinin ürəklərinə yol tapır.
Əlişir Əhmədli: "Onlar, demək olar ki, hər gün məni evlərinə qonaq dəvət edirdilər. Belə bir məclislərdən birində Nəsimilər tayfasının yekdil qərarı ilə onlar mənə bu kilidi hədiyyə etdilər. Bu kilid Nəsimi dövründən qalıb. Mənim üçün bu çox əziz bir əşyadır, çünki buna dahi şeyx toxunub".
Bu qiymətli hədiyyənin əvəzində isə Əlişir Əhmədli Nəsimilərə Nizami Gəncəvi türbəsinin ətrafından yığdığı torpağı hədiyyə edir. Babalarının torpaqlarını öpən Nəsimi sülaləsinin üzvləri səyyahı özlərinə qan qardaşı elan edirlər. Hazırda Suriyada gedən döyüşlər nəticəsində Nəsimi türbəsinin dağılması xəbərindən təsirlənən səyyah Hələbdə yaşadığı dövrü, Nəsimi ailəsi ilə keçirdiyi vaxtları nostalji hissləri ilə xatırlayır. Yazdığı memuarlar isə ona həmin anları bir daha yaşadır.
Əlişir Əhmədli: "Mən çox istərdim yenidən Hələb şəhərində olum, onları bağrıma basım. Onlar zadəgandırlar. Belə insanlara sahib çıxmaq lazımdır".
Səyahətlərindən qalan xatirə əşyalarından müasir dərviş ev muzeyi yaradıb. Burada qədim şəhərlərdən gətirdiyi bir ovuc torpaq, müxtəlif qədim əşyaları saxlayır. Səyyah uzun illərdir ki, boynundan asdığı və səyyahət boyu ayrılmadığı şeyx Nizami Gəncəvinin şəklini isə göz bəbəyi kimi qoruyur.
Milli.Az
Mədəniyyət
Azərbaycan şairinin Hələb şəhərindəki türbəsinin qədim kilidi...
9 Aprel 2014 19:33
0 Şərh
Baxış: 1 375
DİGƏR XƏBƏRLƏR
- "Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçirildi - FOTO
- "Gəncədən Bakiya" layihəsində Emin Sabitoğluna həsr olunmuş konsert proqramı olacaq - VİDEO
- Populyar duet Elgün & Sabina akustik proqramı ilə ilk dəfə çıxış edəcəklər
- XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub - FOTO
- 15-ci Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Faruk Güvənlə görüş keçirilib - FOTO
- Seyid Şuşinskiyə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb - FOTO
XƏBƏR LENTİ
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan
- İlham Əliyev Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharında iştirak edib