Seriallar

Azərbaycanlı model Türkiyə serialında rol aldı - FOTO

14 Mart 2014 11:45
0 Şərh     Baxış: 4 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış modeli Könül Əzizova Türkiyədə "Beni böylə sev" adlı serialda rol alıb

Milli.Az-ın məlumatına görə, yaradıcılıq işlərini Türkiyədə quran model bildirib ki, bu təklif onun üçün gözlənilməz olub:

"Sözün düzü, Türkiyədə bir serialda rol almağım mənim üçün çox xoşdur. Bu təklif gələn zaman düşünmədən qəbul etdim. Baxmayaraq ki, serialda mən çox az süjetdə yer almışam, amma düşünürəm ki, öz rolumla yadda qalmağı bacarmışam. Bu mənim aktrisa kimi ilk işim olsa da, sonuncu işim deyil. Ümid edirəm ki, növbəti seriallara da dəvət alacam".

Xatırladaq ki, "Beni böylə sev" serialı Türkiyənin "TRT" kanalında yayımlanır. Model K.Əzizova serialın 46-cı bölümündə rol alıb. Serialın rejissoru Cem Tabakdır. Ssenari müəlifi isə Hakan Haksun, Müjdan Kayserli olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.