Sumqayıt şəhər İcra Hakimiyyətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib. Mərasimdə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev son illər şəhərdə görülən yenidənqurma işlərindən danışıb. O, şəhərin mədəni həyatındakı bu yenilik münasibətilə sumqayıtlıları təbrik edib.
Mərasimdə Respublika Mədəniyyət və Turizm Nazirliyinin nəfəs alətləri orkestri, Sumqayıt şəhərindəki 2 nömrəli incəsənət məktəbinin xalq çalğı alətləri orkestri və vokalçılar tərəfindən dahi bəstəkarın əsərləri ifa edilib.
Abidə kompleksinin inşa edildiyi xiyabanın eni - 23 metr, ərazinin uzunluğu - 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksi açılıb
16 Sentyabr 2010 11:51
Baxış: 905

DİGƏR XƏBƏRLƏR
-
“Narimanfilm” kinostudiyası “Salam” BYFF-ın dördüncü buraxılışını keçirəcək.
-
Müasir Bakının görməli yerləri fonunda rəqs sənəti – WADF - VİDEO
-
Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva - O, kimin tələbi ilə baş rola dəvət olundu?
-
Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - “Mercedes” sürən ilk qadın müğənnimiz haqqında maraqlı faktlar
-
Şair Kəramət Şükürovun küçədən meyiti tapıldı - YENİLƏNİB - FOTO
-
Vəfatından bir neçə ay əvvəl ona atdığı səs yazısını yayımladı - VİDEO
XƏBƏR LENTİ
-
Rəqsanə illər öncə həbs həyatından danışmışdı: "Hamımızı şeytan yoldan çıxara bilər" - VİDEO
-
Bu günün valyuta məzənnələri
-
“Fənərbağça” "Benfika" ilə bacarmadı
-
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar
-
Mahmud Quluzadə vəfat etdi
-
Trend BİA 2025-ci ildə Avropanın dörd aparıcı media orqanından biri kimi tanınıb - FOTO
-
Boşandıqdan sonra yenidən eyni layihədə
-
Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var
-
Üç BÜRC axır ki uğursuzluğun daşını atacaq
-
Samirə İstanbula buna görə tez-tez gedirmiş
-
Vanqanın 2025-ci il üçün qorxulu proqnozu tezliklə gerçəkləşə bilər
-
İmmuniteti payıza necə hazırlamaq olar?
-
Soyuducunun qapısında hansı məhsullar saxlana bilər? - Mütəxəssislər izah edir
-
İsti havada çılpaq yatmaq yuxunu poza bilər
-
Suyun təkrar qaynadılması ilə bağlı risklərə dair xəbərdarlıq
-
Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Yoğun bağırsaq xərçənginə qarşı gündəlik qoruyucu: Gündə 5 qoz
-
Tramp bu səbəblə tətilə getmədi
-
Fahriye şiddətə məruz qalıb? - qonşular hər şeyi danışdı
-
İranın sabiq prezidenti xəstəxanaya yerləşdirildi
-
“ChatGPT” çökdü
-
Rusiyada azərbaycanlı bloqerin şirkəti ləğv edildi
-
Günün qoroskopu: Risk etməyin vaxtı deyil
-
M8 nömrəli marşrutda problem: "25 dəqiqə gözləməli oluruq"