Hadisə, Kriminal

Bakıda belə velosiped oğurluğu olmamışdı

10 İyun 2014 11:39
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mağazadan velosipedi almaq adı ilə sürüb getmiş şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 10-da Bakı şəhər sakini Aydın Tahirli 20-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, mayın 9-da Topçubaşov küçəsində yerləşən sürətçıxarma mağazasında, orada işləyən Ümid Bədirbəyli ona məxsus 220 manatı oğurlayıb.

Müəyyən olunub ki, o mayın 10-da Nurlan Heybətovun etibarından sui istifadə edərək ona məxsus Mir Qasımov küçəsində yerləşən mağazadan velosipedi almaq adı ilə sürüb gedib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid Bədirbəyli tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.