Hadisə, Kriminal

Azərbaycanda dəhşətli qəza: ər və arvad öldü, 6 yaşlı nəvə ağır yaralandı

5 İyun 2014 11:31
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunda baş verən avtomobil qəzasında ər və arvad ölüb, azyaşlı nəvə isə ağır yaralanıb

İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 00.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib.

İmişli rayon Soltanmuradlı kənd sakini 60 yaşlı Fəxrəddin Əzizalıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşaraq yoldan kənara yuvarlanıb.

Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 59 yaşlı Əzizalıyeva Gülnar aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.