Hadisə, Kriminal

Bakıda betonqarışdıran maşın aşdı: sürücü öldü - YENİLƏNİB

18 Aprel 2014 19:48
2 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:48

Bakıda yük avtomobili aşıb

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

--------
16:33


Bakıda yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.


Betonqarışdıran maşının aşması nəticəsində sürücü ölüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri nəqliyyat vasitəsində sıxılıb qalmış şəxsin cəsədinin çıxarılması istiqamətində iş aparır.


---------
15:34

Abşeron rayonunda betonqarışdıran maşın aşıb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, bu dəqiqələrdə Mehdiabad qəsəbəsində ağır tutumlu betonqarışdıran maşın idarəetmədən çıxıb və qəbiristanlığın yaxınlığında çevrilib.

Xəsarət alanın olub-olmaması məlum deyil.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.