Hadisə, Kriminal

Bakıda xanım sürücü qəza törədib - FOTO

9 Aprel 2014 09:06
1 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə paytaxta yağan yağış yollarda qəzalara səbəb olub. APA-nın xəbərinə görə, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edən sürücü qəfil idarəetməni itirərək maşını yol kənarındakı maneəyə çırpıb. "99 EM 601" dövlət nömrə nişanlı "KİA" markalı avtomobili idarə edən Kamilova Solmazın bildirdiyinə görə, yağışa görə yolu yaxşı görməməsi səbəb olub. Qəza nəticəsində sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsi tərəfindən  araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.