Hadisə, Kriminal

Zaqatalada narkotik alverçiləri tutuldular

8 Aprel 2014 19:43
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala polisi növbəti uğurlu əməliyyatını həyata keçirib. Rayon Polis Şöbəsinin keçirdiyi axtarış- əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılaraq, istintaqa cəlb ediliblər.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat zamanı Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, 1988-ci il təvəllüdlü Şirinov Sabir Bəhram oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. İstintaqa cəlb olunmuş şəxs barədə rayon məhkəməsində həbs qətimkan tədbiri seçilib.
 

Həyata keçirilən uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Sabir Şirinov həmin narkotik maddəni Balakən rayon Qazma kənd sakini 1973-cü il təvəllüdlü Qarakişiyev Mayisdən alıb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.