Hadisə, Kriminal

Sumqayıtda dəhşətli avtobus qəzası: 1 ölü, 25 yaralı - YENİLƏNİB - SİYAHI - FOTO

9 Aprel 2014 11:45
12 Şərh     Baxış: 11 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09.04.2014
11:45

Dünən Sumqayıt şəhərində baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Quba yolunun 34-cü kilometrliyində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Akif Əlisəfa oğlu Səmədov, 1986-cı il təvəllüdlü Aygün Faiq qızı Əmiraslanova, 1986-cı il təvəllüdlü Tamella Məlikməhəmməd qızı Nurməmmədova, 1956-cı il təvəllüdlü Nübar Fəttah qızı Məmmədova, 1963-cü il təvəllüdlü Mənsurə Xandadaş qızı Məmmədova, 1970-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Samir Ağamməd oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Cabbarov, onun anası, 1964-cü il təvəllüdlü Bəsti Ramazan qızı Cabbarova və  oğlu, 2013-cü il təvəllüdlü Cabbarov Tunar Tahir oğlu, 2001-ci il təvəllüdlü Oruc Anar oğlu Abdullayev, 1964-cü il təvəllüdlü Qızqayıt İsgəndər qızı Qasımova, 1954-cü il təvəllüdlü Akif Müzəffər oğlu Cəfərov, 1950-ci il təvəllüdlü Rəna Abuzər qızı Vəliyeva, 1961-ci il təvəllüdlü Xumara Baba qızı Qaflanova, 1963-cü il təvəllüdlü Seyran Vaqif qızı Quliyeva, 1986-cı il təvəllüdlü Elşad Adil oğlu Əhmədov Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Qeyd edək ki, hadisə ötən gün Sumqayıt Texnologiya parkının yaxınlığında qeydə alınıb. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı yük maşını toqquşub. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerində ölüb, avtobusda olan 25 nəfər sərnişin isə xəsarət alıb.

----------
09:43

Sumqayıt şəhərində baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 25 nəfər isə ağır yaralanıb.

APA-nın xəbərinə görə, ağır qəza Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb. Magistral yolla hərəkət edən "50 AE 109" dövlət nömrə nişanlı "İsuzu" markalı sərnişin avtobusu ilə "90 JH 537" nömrəli "MAZ" markalı yük maşını toqquşub. Zərbənin təsirindən avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə avtobusun sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə keçinib.
 
Yaralılardan 9-u Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə, 16-ı isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

Faktla bağlı Sumqayıt Şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

-----------------
08.04.2014
18:23


Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.


Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib.

Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.


---------
17:42

Mili.Az xəbər verir ki, bu gün Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda, Sumqayıt Texnologiyalar parkının qarşısında  "Shacman" markalı yük maşını 3 saylı sərnişin avtobusu ilə toqquşub. 

Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasından Milli.Az-a bildiriblər ki, hadisə nəticəsində 10-dan artıq sərnişin yaralanıb.

İlkin məlumatlara görə, 1 nəfər ölüb.

Milli.Az


-------------------
09.04.2014
09:43

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.