Hadisə, Kriminal

Azərbaycanda əsgər hərbi hissə komandirinin müavinini və əsgər yoldaşını güllələdi

7 Aprel 2014 18:50
13 Şərh     Baxış: 3 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hərbi hissədə silahlı insident olub

APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.

Güllə yarası alan əsgər İ.İsmayılov dünyasını dəyişib.

R.Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.