Hadisə, Kriminal

Bakıda obyekt talançıları tutuldular

7 Aprel 2014 13:04
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda obyektləri talan edən şəxslər tutulublar. Aprelin 6-sı saat 04:40 radələrində, Bakı şəhər sakini Fərhad Quliyev Şəmkir rayon sakini Elman Bayramova məxsus N.Nərimanov küçəsində yerləşən marketdən pəncərəni açmaq yolu ilə 35 manat oğurladığı üçün tutulub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində, oğurluqda şübhəli bilinən digər şəxs, Bakı şəhər sakini Rauf Dadaşov tutulub.

Polisdən Milli.Az-a bildiridli ki, onlar aprelin 3-nə keçən gecə, Nəzakət Hacıyevaya məxsus, İ.Dadaşov küçəsində yerləşən gözəllik salonundan qapının kilidini sındırmaqla 200 manat, Teyyub Cəfərovaməxsus mağazadan idman malları, aprelin 4-nə keçən gecə isə Bahadur Hüseynova məxsus 8-ci mkr-da yerləşən mağazadan açarseçmə və dəmir barmaqlıqları əymə yolu ilə 195 manat və tütün məmulatları oğurlayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.