Hadisə, Kriminal

Gəncədə sərxoş sürücü maşınını sərnişin avtobusuna çırpıb, yaralılar var

7 Aprel 2014 11:01
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Gəncədə avtomobil qəzası baş verib. Nəticədə 5 nəfər yaralanıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə 22:00 radələrində Atatürk prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində baş verib. "Opel" markalı avtomobil yolun kənarında dayanan Qələndər Hüseynova məxsus "Hyundai" markalı avtobusa çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Müzadil Sarıyev və 4 sərnişin yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətiriliblər. Həkimlərin sözlərinə görə, yaralıların həyatı üçün təhlükə yoxdur.

Məharət Kərimov - Gəncə şəhər TTYX-nın həkimi: "Avtoqəza nəticəsində şöbəmizə 5 nəfər xəstə gətirilib. Sarıyev Müzadil və Cumalıyev Namiqə stasionar yardım edilib. Qalan üç nəfərə isə ambulator yardım göstərilib və onlar evə yollanıblar".

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, hadisəyə səbəb "Opel" markalı avtomobilin sürücüsünün sərxoşluğu olub. Yaxınlıqda yaşayan şahidlərin sözlərinə görə, bu ərazidə mütəmadi olaraq avtomobil qəzası baş verir və işıqfora böyük ehtiyac var.

Sakin: "Mənim qapıma bir neçə dəfə avtomobil dəyib, qapımı dağıdıb".

Sakin: "Bu ərazidə mütəmadi olaraq qəzalar baş verir. Demək olar ki, hər həftə qəza olur".

Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticələr isə avtoekspertizadan sonra bəlli olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.