Hadisə, Kriminal

Azərbaycanda maşın körpüdən aşıb, ölənlər və yaralılar var - FOTO

7 Aprel 2014 09:20
1 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poylu kəndi ərazisində baş verib.
 
Ağdam rayon sakini, 29 yaşlı Anar Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən körpüdən dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən iki nəfər sərnişin, Ağstafa rayon Poylu kənd sakini 30 yaşlı Vüsalə Quliyeva və Qaçaq Kərəm kənd sakini 22 yaşlı Vasif Əliyev hadisə yerində dünyaların dəyişiblər. Sürücü Anar Məmmədov və digər sərnişin, Ağstafa şəhər sakini, 24 yaşlı Vüsal Şuşanov ağır bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.