10:14
Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticənən yol nəqliyyat hadisəsi baş verib.
Anspress yazır ki, Babək prospekində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb.
Prospektlə üzü şəhər istiqamətində hərəkət edən "Mercedes"ə yoluna çıxan "Opel" sürətlə çırpılıb.
Toqquşmadan sonra "Opel"in motor hissəsində yanğın başlayıb. Lakin ətrafdakı insanların müdaxiləsi nəticəsində alovun qarşısı alınıb. Qəza nəticəsində xəsarət alan "Opel" markalı minik avtomobilinin sürücüsü Sadıqov Natiq Abdulla oğlu 3 saylı şəhər xəstəxanasına aparılıb.
Hadisə sözügedən prospektdə avtomaşınların hərəkətində sıxlığın yaranmasına da səbəb olub. Polis əməkdaşları qəza iştirakçıları olan hər iki avtomobili evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırdıqdan sonra normal hərəkət bərpa olunub.
Qəzanı Nizami Polisi araşdırır. Hadisəyə səbəb kimi ilkin olaraq "Opel" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını kobud şəkildə pozması göstərilir.
----------
09:11
Bakının Xətai rayonu, Babək prospektində sürücülərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
APA-nın xəbərinə görə, prospektlə hərəkət edən "99 DK 960" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə "90 MT 253" nömrəli "Opel" markalı maşın toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Zərbənin təsirindən "Opel"in motor hissəsində yanğın başlayıb. Ətrafdakıların köməyi ilə yanğın söndürülüb.
Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən APA-ya bildirilib ki, qəzaya "Opel" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün etməməsi səbəb olub.
Qeyd edək ki, qəza nəticəsində müxtəlif bədən xəsarəti alan hər iki avtomobilin sürücüsü 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Eyni zamanda qəza ilə bağlı Babək prospektində tıxac meydana gəlib. Hadisə yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşları qəza törədən hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdıraraq yolu açıblar.
Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
-----------
09:11
Hadisə, Kriminal
Bakıda qəza törədən "Opel" yandı - YENİLƏNİB - FOTO
7 Aprel 2014 10:14
0 Şərh
Baxış: 1 173
XƏBƏR LENTİ
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq