Hadisə, Kriminal

"Nissan" "Jiquli"ni əzdi, ər-arvad yaralandı

6 Aprel 2014 19:18
1 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göygöldə baş verən avtomobil qəzasında iki nəfər ağır yaralanıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, qəzada bir neçə xırda buynuzlu heyvan da tələf olub.

Qəza Bakı-Qazax-Gürcüstan avtomagistiralının 370 km-də baş verib. Qazaxdan paytaxt istiqamətində hərəkət edən "Nissan" markalı avtomobillə Goranboy sakini İlyas Mahmudovun idarə etiyi "VAZ 2106" markalı minik maşını toqquşub. Qəzada "VAZ"ın sürücüsü və onun həyat yoldaşı Firizə Mahmudova ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Həkim-travmatoloq Məharət Kərimov açıqlamasında yaralıların vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar başlayıb. İşi aparan müstəntiq ehtimal edir ki, qəzaya "VAZ 2106"nın "Nissan"ın yoluna çıxması səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.