Hadisə, Kriminal

Bakıda minik maşınları toqquşub, ölən var - FOTO

6 Aprel 2014 10:56
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, yol qəzası Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb.
 
"Mercedes" və "Azsamand" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Vaqif küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand"ı yolayırıcında vurub. Zərbənin gücündən "Azsamand"ın sağ ön qapısı açılıb və sərnişin asfaltın üstünə düşüb. O, aldığı zərbə nəticəsində dünyasını dəyişib. Həlak olan şəxsin şəxsiyyəti dəqiqləşdirilir.
 
İlkin ehtimala görə, qəzaya "Mercedes"in işıqforun qadağanedici işığında hərəkətini davam etdirməsi səbəb olub. Sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.