Hadisə, Kriminal

Küçədə qadının 10 min dollarını aparan 3 nəfər tutuldu

5 Aprel 2014 14:00
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərinin ərazisində qadına qarşı zor tətbiq edərək çantasını əlindən almış dörd şəxsdən üçü tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 4-də Xırdalan şəhərinin ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Gədəbəy rayon sakini Natilə Tağıyevaya zor tətbiq edərək içərisində 9900 dollar və 100 manat, habelə qızıl əşyaları olan çantasını alıb.
 

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini Orxan Hümbətov, Sumqayıt şəhər sakini Yusif Yusifov, Rəsul Əliyev tutulub. Cinayəti törətmiş qrupun digər üzvünün isə Murad İsmayılov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.