Hadisə, Kriminal

Azərbaycanda dəhşətli qətl: yataqxananı qana boyadılar

5 Aprel 2014 11:36
0 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda qətl törədilib

Milli.Az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 41-ci məhəllə ərazisində yerləşən yataqxanada qeydə alınıb.

Orada yaşayan, 1971-ci il təvəllüdlü Rauf Seyfulla oğlu Osmanov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Bıçaqlaşmanın hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.