Hadisə, Kriminal

Jurnalistimiz də həmin qadınların toruna düşdü

4 Aprel 2014 16:26
3 Şərh     Baxış: 2 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli.Az-da "Bakıda kişiləri tələyə salan seksi qadınlar" adlı yazı dərc olunmuşdu

Həmin yazı böyük rezonansa səbəb olub. Əvvəlcə onu deyək ki, DİN yazı ilə bağlı reaksiya verərək məsələnin araşdırılacağını bildirib. Məlumat üçün deyək ki, həmin yazıda Milli.Az-a müraciət edən şəxslərdən birinin problemi əks olunub.

Oxucu "odnoklassniki.ru" saytı vasitəsilə Bakıda fəaliyyət göstərən "Anadolu" restoranı ilə üzbəüz yerləşən bardan şikayət edərək orada başına oyun gətirildiyini bildirmişdi. Şikayətçi qızlar tərəfindən aldadılaraq həmin əraziyə aparıldığını və soyğunçuluğa məruz qaldığını deyib. Həmin yazının tam mətni ilə saytımızda tanış ola bilərsiniz.

Həmin yazı saytda işıqlandırıldıqdan sonra 20 minə qədər oxucu tərəfindən oxunub və tənqid olunub. Eyni zamanda, həmin obyektdən əziyyət çəkən xeyli sayda oxucu redaksiyaya müraciət edərək problemlərinin işıqlandırılmasını istəyiblər. Hal-hazırda bununla bağlı saytda ikinci material da yerləşdirilib.

Bu arada hadisəni araşdırmaq məqsədilə həmin əraziyə yollanan "İnterpress" saytının əməkdaşının başına da maraqlı iş gəlib.

Saytdan qafqazinfo-ya zəng edərək bildiriblər ki, bu yazını portalda oxuyandan sonra həmin əraziyə əməkdaş göndərmək qərarına gəliblər. Səxavət Məmməd adlı əməkdaş ora getdikdən sonra eyni situasiya ilə üzləşib. Qapını arxadan bağlayaraq ondan 130 manat ödəməyi tələb ediblər və hazırda həmin əməkdaşı barda girov saxlayırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.