Hadisə, Kriminal

Lənkəranda oğru mağazanı belə yardı - FOTO

3 Aprel 2014 18:15
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda baş verən oğurluq hadisəsi, anbaan mağazada quraşdırılan müşahidə kamerasina yaddaşına köçürülüb. Hazırda Lənkəran polisi, oğurluq hadisəsini törədən şəxsin saxlanılması istiqamətində axtarışlarını davam etdirir.


Milli.Az CTV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi Lənkəran şəhəri, Qala xiyabanı küçəsində yerləşən Axundzadə Həzrət Azad oğluna məxsus, müxtəlif çeşidli hədiyyələr satılan mağazada baş verib. Naməlum şəxs adıçəkilən ünvandakı mağazaya daxil olaraq, orada satıcı işləyən Bağırova Aysel Rəfail qızına məxsus içərisində 300 manat pul olan əl çantasını oğurlayıb. Baş verən oğurluq hadisəsi anbaan mağazada quraşdırılan müşahidə kamerasına düşüb.
 

Hazırda Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları oğurluq edən şəxsin kimliyini müəyyənləşdirir və onun saxlanılıb istintaq orqanlarına təhvil verməsi istiqamətində işlərini davam etdirirlər.

Polis əməkdaşları oğurluq edən şəxsi tanıyıb polis orqanlarına məlumat verən şəxsin anonimliyini qorumağa söz verir.

Faktla bağlı Lənkəran şəhər polis şöbəsində CM - 177 - ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.