Hadisə, Kriminal

Bakının tanınmış bazarında bədən alveri

28 Yanvar 2014 16:15
59 Şərh     Baxış: 16 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının tanınmış bazarı bəzi müştərilərini dal qapıdan qəbul edirmiş. "Sabunçu bazarı" kimi tanınan ticarət obyektinin belə gizli qapısına polis sədd çəkib.

Polis bazarda bədən alverinin qarşısı alınıb. Bu biznesə isə bazardakı kafenin sahibi olan 57 yaşlı Leyla Qasımova rəhbərlik edirdi. O, kafenin içərisində yemək verməklə yanaşı, arxa hissədə heç kimin ağlına gəlməz yerdə gizli "xidmət" sahəsi təşkil edib. Cavan qadınları həmin kafeyə cəlb etməklə pul qarşılğında kişi müştərilərinə intim xidmətlər təklif edib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları əməliyyat keçirərək əxlaqsız yuvanı dağıdıb, 3 nəfəri isə tutub. Həmin ərazinin sahə müvəkkili Ceyhun Əliyev Milli.Az-a bildirdi ki, həmin kafedə L.Qasımovadan başqa onun müştəriləri olan Aytəkin Əliyeva və onunla yataqdakı Gürcüstan vətəndaşı Mehdi Vəliyev də saxlanılıb.

Həmin kafedə müştərilərə qızlar 20-25 manata təkilif olunurmuş. Ora gələn kişilər qızlarla qiymət razılaşandan sonra 5-6 manat L.Qasımovaya yer haqqqı kimi ödəyirmiş. Hazırda həmin şəxslərlə bağlı iş araşdırlır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.