Hadisə, Kriminal

Bakı günə dəhşətli avtobus qəzası ilə başladı: ölən və yaralıların adları açıqlandı - YENİLƏNİB - TƏFƏRRÜATLAR - FOTO

20 Sentyabr 2013 17:15
50 Şərh     Baxış: 31 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:17

Bakıda baş verən avtobus qəzasında ölənlərin və yaralananların adları açıqlanıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1978-ci il təvəllüdlü Füzuli Əziz oğlu Allahverdiyev və sərnişin, 45-50 yaşlı Qəhrəman adlı şəxs ölüb.
 
Polisdən həmçinin bildirilib ki, baş verən  qəza nəticəsində 47 yaşlı Famil Abbasov, 53 yaşlı Arif Əliyev, 54 yaşlı Əhməd Teyyubov Klinik Tibbi Mərkəzə, 1950-ci il təvəllüdlü Rza Ramazanov Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdiriliblər.
25 yaşlı Seyfəddin Buzumova və 23 yaşlı Abbas Vəliyevə hadisə yerində ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, hadisə bu gün Şıx qəsəbəsində qeydə alınıb.
 
120 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan "Ramada" hotelin hasarına çırpılıb.

----------
13:05


Bu gün səhər saatlarında Şıxov yolunda qəzaya uğrayan 120 saylı, 10 TF 869 dövlət nömrə nişanlı avtobus Bakı şəhərində fəaliyyət göstərən "Transqeyt" MMC-yə məxsus olub.

Şirkətin şöbə müdiri Nurəddin İsmayılovun Anspress-ə verdiyi məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1973-cü il təvəllüdlü Füzuli Əziz oğlu Haqverdiyev və avtobusda olan sərnişinlərdən bir kişi dünyasını dəyişib. Qəza nəticəsində 5 nəfər ağır yaralanıb. Lakin hadisə şahidləri Anspress-ə açıqlamalarında qəzada 9 nəfərin yaralandığını deyir. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerində olan Anspress-in müxbirinin verdiyi məlumata görə, qəzadan öncə 120 saylı avtobusun qarşısında evakuator olub. Sürücü ara məsafəsi saxlamayıb. Evakuator qəfil dayanıb və nəticədə avtobusun sürücüsü dönmək istəyib. Lakin dönmə əməliyyatını düzgün yerinə yetirməyib və avtobus yoldan çıxıb. Avtobus beton çəpəri aşaraq, ağaca çırpılıb. Nəticədə avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Sürücü və öndə dayanan sərnişin hadisə yerində ölüb.

Nurəddin İsmayılovun sözlərinə görə, sürücünün sürücülük vəsiqəsi D kateqoriyalı olub. Avtobus dünən təmirdən çıxıbmış. Avtobusda heç bir texniki nasazlıq olmayıb. Sürücü də peşəkar olub və səhhətində heç bir problem olmayıb. Sürücü dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəzaya uğrayıb.

----------
12:28


Trend xəbər verir ki, Bayıl istiqamətində hərəkət edən və sərnişinlə dolu olan 120 saylı irititumlu avtobus yoldan çıxaraq hasara, sonradan ağaca çırpılıb. Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Səbail Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, ilkin məlumata görə, yol qəzası zamanı bir nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəza nəticəsində avtobus aşıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yol qəzası zamanı 2 nəfər ölüb, xəsarət alanlardan 4 nəfəri isə xəstəxanaya yerləşdirilib. Onların xəsarət dərəcələri ağır və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

--------
12:00

Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qəzaya 120 saylı sərnişin avtobusu uğrayıb. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur. İdarədən deyildi ki, yaralılar mülki maşınlarla xəstəxanalara daşındığından dəqiq say demək çətindir.

---------
11:45


Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, qəzaya uğrayan 120 saylı avtobus olub. O, Bayıl istiqamətində hərəkətdə imiş.

----------
11:39

Bakı yeni günə ağır avtobus qəzası ilə başlayıb. Milli.Az-ın məlumatına görə, Bayıl ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

İçərisi sərnişinlə dolu olan irititumlu avtobus yoldan çıxaraq ağaca çırpılıb. Ölən və yaralananların olduğu deyilir. Hadisəni izləyirik...

Anar Məmmədov, Elşən İmanov
Milli.Az


----------
17:15

Böyütmək üçün şəkillərə klikləyin.



---------
11:45



Foto: Vaqif Manaflı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.