Kriminal

Qardaşını mahnı üstündə öldürən şəxs: "Onun balalarına mən baxacam" - VİDEO - FOTO

21 Fevral 2017 16:12
8 Şərh     Baxış: 5 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi

Milli.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə mahnı üstündə qardaşını bıçaqlayan şəxsin etirafları təqdim olunub.

Vasif Maqsudov (9 il): "İçib gəlmişdim. Evə gəlib telefonda mahnıya qulaq asırdım. Qardaşım da içib yatmışdı. Obiri otaqdan mahnının səsini almağımı dedi. Eşitmədim. Durub gəldi. Qışqırdı üstümə, əliylə də bir-iki dənə vurdu. Keçdim mətbəxə, arxamca gəldi. Bıçağı götürdüm ki, qorxutdum onu. Məni vurmaq istəyəndə atam tutdu onu. Atamın qarnından vurub yerə yıxdı. Mənə dedi ki, ya sən, ya da mən ölməliyəm.

Gördüm, gəlir üstümə, bıçağı qorxutmaq üçün qabağa atdım, ürəyinə girdi. Tez gedib qonşudakı həkimi çağırdım. Amma ölmüşdü. Onunla aramız yaxşı idi. Amma təəssüf ki, belə şey oldu. Peşmanam. Azadlığa çıxandan sonra onları öz övladım kimi saxlayacam. Qardaşımı həbsə düşməyimin ilk günü yuxuda gördüm. Mənə dedi ki, mən sağam, evdəkilərdən muğayat ol. Allah qapını açsın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Qardaşını mahnı üstündə öldürən şəxs:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.