Kriminal

Bakı və Neftçala sakinlərindən silah-sursat aşkarlandı

10 Fevral 2016 16:14
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Neftçala sakinlərindən  silah-sursat götürülüb.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsində yaşayan Samit İslamovun evindən lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng, süngü bıçaq, patron darağı və 42 ədəd patron aşkarlanıb.
 
Baş Cinayət Axtarışı İdarəsi və Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Neftçala rayon sakini Qüdrət Salahovdan "TOZ-8" markalı tüfəng və 2 ədəd patron götürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.