Bakıda ölümlə üz-üzə qalan üç uşaq anası fəryad qoparır: "Məni qoruyun, yoxsa öldürəcək" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda bir qadın illər öncə boşandığı kişinin əlində ölməkdən qorxur. Keçmiş əri hər gün onu hədələyir, öldürəcəyini deyir. 5 il əvvəl rəsmən boşansalar da, kişi ona icazə vermir ki, ayrı həyatını qursun.
"Bu evdən çıxsan, səni öldürəcəm", - deyə hədələr səsləndirir. Bundan qorxan qadın isə üç uşağı ilə birlikdə hələ də onu hər gün hədələyən kişi ilə bir damın altında yaşamağa məcburdur. Əgər buna yaşamaq demək olarsa...
Milli.Az-a müraciət edən Buzovna sakini Gülnar Əhmədova deyir ki, əri Quliyev Amiddən 5 il əvvəl boşanıb. Onlar bir-birlərini sevib ailə qurmuşdular. Hazırda Amidlə Gülnarın Ayxan, Əlixan və Mələkxanım adlı üç övladı var.
"2010-cu ilə qədər hər şey yaxşı idi. Ancaq 2010-cu ildə onun ailəsi müdaxilə etdi ki, mütləq boşanmalısız. O, müraciət elədi, boşandıq. 6 ay ayrı qaldıq. Həmin vaxt aliment kəsilmişdi. Ancaq o vermədiyi üçün tutulurdu. Gəlib mənə barışmaq üçün yalvar-yaxar elədi ki, tutulmasın. Barışandan sonra bir yerdə ailə kimi yaşamağa başlamışdıq. Ancaq son bir ildə o qəribə həblər qəbul etməyə başlayıb. Üzərində fars dilində yazılar yazılan həblər qəbul edir. O həbləri atandan sonra sanki şəxsiyyəti ikiləşir. Uşaqlarımızı, məni elə döyür ki, kim görsə, dəhşətə gələr. Bir neçə gün əvvəl uşağımızı elə döymüşdü ki, bütün bədəni gömgöy idi" - Gülnar Əhmədova bildirib.

Onun sözlərinə görə, dəfələrlə Buzovna qəsəbəsində 2-ci polis bölməsinə şikayət edib. Ancaq polislər Amidi aparırlar, bir neçə saatdan sonra buraxırlar. Gülnar iddia edir ki, polisdə Amiddən pul aldıqları üçün ona toxunmurlar. Ayrılıb başqa yerdə də yaşaya bilmir. Çünki Amid onu ölümlə hədələyir. Öz canından qorxan Gülnar uzun müddətdir ki, canını dişinə sıxıb həmin şəxslə birlikdə yaşayır.
Gülnar deyir ki, ötən gün uşaqlarını da götürərək evdən qaçıb. Gecəni Mir Mövsüm Ağa pirində keçirib. Bu gün isə Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinə müraciət edib ki, ona yardım etsinlər. Komitədən isə onun işini Daxili İşlər Nazirliyinə göndəriblər. Deyiblər ki, üç gün ərzində müraciətinə cavab veriləcək. Ancaq Gülnar Əhmədova qorxur ki, üç gün ərzində Amid Quliyev onu tapıb öldürər.
Məsələ ilə bağlı Buzovna qəsəbəsi polis idarəsinin müstəntiqi Azər Əzizovla əlaqə saxladıq. Onun sözlərinə görə, Gülnarın məsələsi ilə bağlı artıq onlara müraciət olunub. Azər Əzizov məsələni araşdıracaqlarını söylədi.

Gülnarın Milli.Az-ın əməkdaşı ilə söhbəti zamanı Amid ona SMS yazaraq öldürəcəyi ilə hədələdi. İndi Gülnar ümidsiz halda başına nələrin gələcəyini gözləyir. Ya keçmiş həyat yoldaşı onu tapıb öldürəcək, ya da ki, özünün də təbirincə desək, dövlət ona sahib çıxacaq.
Gülnar Əhmədovanın görüntüləri bizdə olsa da, onun öz xahişi ilə həmin görüntüləri yayımlamırıq. Qadın ehtiyat edir ki, görüntülərinin ictimailəşməsi onun həyatını daha da çətinləşdirə bilər.
Teymur Hacıyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda internetə görə qonşular arasında dava - Ölən var
-
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti açıqlandı
-
Çayxanada müştərinin sifətinə bıçaq zərbəsi endirdi
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
-
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - Yenilənib (Video)
-
Türkiyədə naxçıvanlı sərnişin döyülüb xəstəxanalıq oldu - (Video)
XƏBƏR LENTİ
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
-
BYD-dən tarixi səhv: Mindən çox avtomobil yanlış model kimi satılıb
-
Mateus Silva "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov qərarını verdi
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
-
Səfər ayı iyulun 15-də başlayacaq
-
Safurə 4-cü dəfə ana olacaq - (Foto)
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib - (Video)
-
DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək
-
"Yura dövrü parkı" filminin aktyoru vəfat etdi - (Foto)
-
Humayla İlhamə Qasımova qol güləşdirdi – Qalib təəccübləndirdi - (Video)
-
56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb - (Foto)
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)
-
Piyadalar motosikleti aşırıb yaralı sürücünü yolda qoyub qaçdılar - VİDEO
-
Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
Qonşular arasında mübahisə qanla nəticələndi
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
-
Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər
-
Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub





