Kriminal

Bərdə sakini iki il ölüm yetişdirdi

22 Noyabr 2014 11:33
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı tədbirlər nəticəsində rayonun Mehdili kənd sakini Arif Ağayev saxlanılıb.

Milli.Az EL TV-yə istinadən bildirir ki, onun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman evin bir otağında sərili halda və müxtəlif  bağlamalarda çeşidlənmiş bükümlər aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə olan marixuananı kəndin yaxınlığından keçən su kanalının kənarında əkdiyini və ona xüsusi qulluq göstərərək becərdiyini etiraf edib. Onun artıq iki ildir, bu işlə məşğul olduğu da aydınlaşıb. Tapılan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 675 qram olub. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.