Sentyabrda Azərbaycanın dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilib və dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb.
Sərhəd pozucularının 24 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Əfqanıstan, 8 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Ukrayna, 1 nəfəri Gürcüstan, 1 nəfəri İspaniya vətəndaşı olub.
Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub.
Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd RF istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 ədəd planşet, 1708 ədəd ətir, 5 ədəd mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kq bal, 8299 ədəd pirotexniki vasitə, 2 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı bəlli oldu
- Gəncədə oğurluq edən şəxslər saxlanıldı - FOTOlar
- Zurabişvili Makronu Gürcüstana dəvət edib
- Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
- Helikopter qəzasında həlak olanların birinin cəsədinin FOTOsu yayıldı
- Helikopter qəzasında həlak olanların adları açıqlandı - SİYAHI
- Helikopterin qalıqları tapıldı: İranın prezidenti və XİN başçısı həlak olublar - YENİLƏNİB - VİDEO - FOTO
- Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
- Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU
- Yaşıl alçanın bilmədiyiniz FAYDALARI
- İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası...
- 10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI - VİDEO
- "Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub" - FOTO
- Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var
- Mədə divarını necə bərpa edək? – Bunları için
- Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
- Gündə nə qədər “arı çörəyi” yemək olar? – Doğru istifadə qaydası
- Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?
- Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3
- Bu vərdiş diabet riskini azaldır
- "O fotonu da mənə çox görürlər"
- Gizli danışıqlar üçün ağlasığmaz texnologiya hazırlandı
- İbrahim "Gaddar"a vida etdi
- Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO