Ölkə

Sərhədçilər at belində şou göstərdilər - Festival olub

30 May 2017 17:47
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax rayonunda "Tarixin canlı səhifələri" V Gənclər Festivalı keçirilib.

DSX-dan Milli.Az-a verilən məlumata görə, festivalda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Tarixin canlı səhifələri" festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada Dövlət Sərhəd  Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu da öz bacarıqlarını məharətlə nümayiş etdiriblər.

Tamaşada ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video görüntülərlə iştirakçılara təqdim olunub.

Azərbaycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən videogörüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa  Azərbaycanının şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olub.

Festival Azərbaycanın dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatıb.

Zəfər Tağı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.