Ölkə

Bakıda sərnişin avtobusunda qızın beli qırıldı

29 May 2017 10:38
9 Şərh     Baxış: 8 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda sərnişin avtobusunda bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə 24 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Keşlə bazarı yaxınlığında ikən sürücünün qəfil əyləcə basması nəticəsində avtobusda olan sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Salmanova Nərmin İlham qızı arxasıüstə yıxılıb və onun bel nahiyəsi arxa oturacağa dəyərək qırılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.