Ölkə

''Porcshe'' ilə qızı öldürən gəncin atasının OBYEKTLƏRİ - YENİLƏNİB - FOTO

4 May 2017 15:57
65 Şərh     Baxış: 29 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:57

Dünən Bakının Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan Ağaəli Fərəcovun atası ilə bağlı maraqlı məlumatlar məlum olub.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən niyə imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Qeyd olunur ki, mərhum X.Məmmədova 2 uşaq anası idi və o, paytaxtdakı gözəllik salonlarından birində işləyirdi.

Xatırladaq ki, Fərəcli Ağaəli dünən 24 yaşlı Xəyalə Məmmədovanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə vurub qaçıb. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır. X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

----------

12:46

Bakıda dövlət nömrə nişanı 99 BS 999 olan "Porshe Magnum" markalı ciplə 24 yaşlı gənc qızın vurularaq öldürülməsinə dair yeni təfərrüatlar məlum olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisəni törədən sürücü Ağaəli Fərəcov Bakıda tanınmış iş adamının oğludur. O, hadisəni Bakıxanıv qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətində gedən yolda avtomobili yüksək sürətlə idarə edərkən törədib və hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanları kamera görüntülərinə əsasən piyada Xəyalə Məmmədovanı vuran avtomobili qısa zamanda müəyyən ediblər və sürücünü saxlayıblar.

Məlum olub ki, hadisəni törədən sürücü Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. Və 99 BS 999 nömrə nişanlı "Porshe" Bakının "bərk gedən avtomobilləri" arasında məşhurdur və avtomobilin çoxsaylı fotolarına sosial şəbəkələrdə rast gəlmək olar. Bu ailənin "Porshe Panamera" markalı digər avtomobili də var.

Bakıdakı "MOHİTO" və "PARODİZ"restoran- klubları Fərəcovlar ailəsinə məxsusdur.

Sosial şəbəkələrdə qəza törədən Ağaəli Fərəcovun dəfələrlə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi və buna görə polis tərəfindən saxlandığı bildirilir.O, "Alik -999" (nAxCı 85 99-BS-999) niki ilə qeydiyyatdan keçdiyi İnstagram səhifəsində də bu avtomobilin fotoşəkillərini paylaşıb.

---------

11:58

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

-----------

11:10

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.

Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta biliblər.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.