Ölkə

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü

16 Mart 2017 21:00
Baxış: 108

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, jurnalın bu sayında oxucular Nizami Cəfərovun " Vaqifin dövrü, həyatı və dünyagörüşü" (sonu), Vilayət Quliyevin "Rəsuli-Haqqa" məktublar (sonu), Qorxmaz Şıxalıoğlunun "Yaza boylanan dağlar", Anarın "Yaralı heykəl, yaralı yaddaş", "70 yaşın şövqü" (İntiqam Qasımzadənin Məmməd Orucla söhbəti) Vaqif Yusiflinin "Yetmiş ilin Məmməd Orucu", Qəşəm Nəcəfzadənin "Bir könül səhra içində", Təranə Faiqqızının "Nənəm", "Tut ağacı", Təyyar Salamoğlunun "Qaranlıq dünya" problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları" (əvvəli), İslam Sadiqin "Səməd Vurğun və "Koroğlu" dastanı", Tənzilə Rüstəmxanlının" Yaşar Qarayevin yaradıcılığında milli istiqlal problemi" kimi maraqlı yazılarla tanış olacaqlar.

Jurnal poeziyasevərləri Əlizadə Nuri, Ənvər Əhməd, Əhməd Qəşəmoğlu, Eynulla Sadiq, Heydər Ələddinoğlu, Murad Köhnəqala, Yusif Nəğməkar, Eldar İsmayıl, Rəşad Mahmudoğlunun şeirləri ilə sevindirəcək.

Jurnalın budəfəki buraxılışında Mübariz Örənin "Ağ buludlar" povesti, Vəfa Mürsəlqızının "Ekler", "Səs", "Qabyuyan" hekayələri kimi ədəbi nümunələrlə də tanış olmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.