Ölkə

80 yaşlı qadın: "Şiraslanı söyüş söydüyü üçün öldürmüşəm" - YENİLƏNİB

10 Mart 2017 11:54
14 Şərh     Baxış: 2 997

11:54

Göygöl rayonunda 80 yaşlı qadının törətdiyi qətlin təfərrüatı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1937-ci il təvəllüdlü Marquş Bayramova qonşusu və uzaq qohumu olan Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Şiraslan Atayevi qətlə yetirib. Yaşlı qadın mətbəx bıçağı ilə Ş.Atayevi ürəyə yaxın nahiyədən bıçaqlayıb. Bir bıçaq yarası alan Ş.Atayev hadisə yerində ölüb.

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 80 yaşlı qadın saxlanılıb. RPŞ-dən "Report"a verilən məlumata görə, M.Bayramova istintaqa ifadə verib: "Marquş Bayramova ifadəsində bildirib ki, gecə saatlarında qonşusu Şiraslan Atayev sərxoş halda qadının yaşadığı evə gəlib. Qoca qadın Şiraslan Atayevdən həyətindən çıxmasını tələb edib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Marquş Bayramova qeyd edib ki, Şiraslan Atayev söyüş söydüyü üçün onu bıçaqlayıb". 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

----------

10:06

Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumu olan kişini qətlə yetirib.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.

Qohumluq əlaqəsində olan 43 yaşlı Şiraslan Atayevlə 80 yaşlı Mərquş Bayramova arasında yaranan münaqişə birincinin mətbəxt bıçağı ilə öldürülməsi ilə nəticələnib.

Rayon polis şöbəsindən verilən məlumata görə, münaqişənin kişinin sərxoş olmasından qaynaqlandığı ehtimal edilir. Hadisəni törədən yaşlı qadın saxlanılıb.

Göygöl Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

----------

09:48

Göygöldə qətl hadisəsi törədilib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata əsasən, Ş.Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Tenqidci · 10 Mart 12:0401

    80 yawli insan qetl toredir???bu dehwetdir...Cavan neslin numayendeleri bele insanlardan ne ibret almalidir...biz adeten gormuwuk yawli insanlar cavnlari terbiyyelendirirler amma bele yoxda...

    Cavab yaz
  • Anonim
    !!! · 10 Mart 13:0210

    Hec inanmagim gelmir 80 il cinayetsiz heyat surmüw bir qadin gelib 80 yawina catanda birden bire qatil olsun.Biliner ne var ne yox.

    Cavab yaz
  • Anonim
    ELMAN · 10 Mart 13:0520

    ADA BAX - SİR + ASLAN - amma neden öldü - 80 yaşli arvad tərəfindən .....

    Cavab yaz
    • Anonim
      Alisko · 10 Mart 14:3601

      Sen Arvadin adina baxdaaa.

      Cavab yaz
  • Anonim
    gunay · 10 Mart 17:0400

    Zor edib nenenemdi

    Cavab yaz
  • Anonim
    Rowqa · 10 Mart 17:0500

    Zor eliyif

    Cavab yaz
  • Anonim
    gunay · 10 Mart 17:0600

    Gunah olende olur

    Cavab yaz
  • Anonim
    gunay · 10 Mart 17:1000

    Soyuwe gore adam oldumezder ay camat o alkaw icib ozunde olmyub nenemde bicaqlyib zor elyib ewq olsun ele nenelere oprem

    Cavab yaz
  • Anonim
    gunay · 10 Mart 17:1200

    80yawli qadina tecevuz edende ne etmelydi ozunu qorumaq ucun vurmalydida

    Cavab yaz
  • Anonim
    Adi insan · 10 Mart 19:1410

    Cavan goresen ne qelet eleyib ki yawli da yortub onu.

    Cavab yaz
    • Anonim
      ? · 11 Mart 00:1000

      O cavan bir qelet etmyib sadece ozunu itrib bawa salib neneki axili ki adami dewik dewik ederler

      Cavab yaz
      • Anonim
        zaur · 11 Mart 00:2100

        Eline donum nene ne bir etmsen

        Cavab yaz
  • Anonim
    . · 11 Mart 20:5100

    .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.