Ölkə

Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA

7 Yanvar 2017 11:07
7 Şərh     Baxış: 9 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi II yarımildən dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.