Ölkə

MSK gələn həftədən siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayacaq

26 Dekabr 2016 16:40
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn həftədən - 2017-ci ilin yanvarından Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2016-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 51-i 2015-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.