Ölkə

Bakıda qatar adam vurdu - Sərnişinlər yolda qaldılar

29 Sentyabr 2016 09:46
1 Şərh     Baxış: 3 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.

Milli.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bu faktı təsdiqləyib. 

Qurum rəsmisi bildirib ki, səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: "Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyini bilməyib. Nəticədə qatar onu vurub. Oğlan hadisə yerində keçinib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyirlər, qatarların hərəkəti bərpa edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.