Ölkə

Referendumla əlaqədar dərslər dayandırılacaq? - RƏSMİ CAVAB

19 Sentyabr 2016 15:10
3 Şərh     Baxış: 5 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da referendumun keçirilməsi tədrisin işinə mane olmayacaq. Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə sentyabrın 24-də dərslər keçiriləcək. Sentyabrın 27-də də ölkənin bütün məktəblərində tədris normal qaydada davam etdiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.