Ölkə

Ekspert: Ölkəyə məhsulların gətirilməsi azaldılmalıdır

24 Avqust 2016 15:44
Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məhsulların idxalı mümkün dərəcədə azaldılmalıdır. Buğda idxalında olduğu kimi, şəkər xammalı və şəkər, bitki yağı, çay, kərə yağı və süd, bundan əlavə, kartof, quş əti və digər ət məmulatları idxalındakı heç olmasa artım faktoru aradan qaldırılmalıdır.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, cari ilin birinci yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 14,7% azdır. İdxal olunmuş buğdanın ümumi dəyəri 129 mln. 132,6 min dollar (azalma 31,1%) təşkil edib. Azalma olduğu üçün bu, çox yaxşı haldır. Lakin digər mühüm ərzaq məhsullarının ixracında isə kəskin artım qeydə alınıb:

"Belə ki, ölkəyə 55 mln. 235 min dollar dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), 61 mln. 661,4 min dollar dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), 18 mln. 673,4 min dollar dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), 27 mln. 569,5 min dollar dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib. Bundan əlavə, 20 mln. 647,1 min dollar dəyərində 110,6 min ton kartof (artım 41,1%) gətirilib. Həmçinin, 6 mln. 159,1 min dollar dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatları gətirilib ki, bu da 2,6 dəfə artım deməkdir.

Ölkənin valyuta bazarında dollara tələbi artıran həm də idxal əməlliyyatlarıdır ki, bunun üçün hər ay azı 700 milyona yaxın xarici valyuta lazım gəlir. Cari ilin ilk 7 ayı ərzində ölkəyə artıq təqribən 5 milyard dollara yaxın həcmdə idxal həyata keçirilib ki, bu da ilin sonuna olsun ən yaxşı halda 8 milyard... Ölkəyə ilin axırınadək bu qədər vəsait daxil olacaqmı?! Sözsüz ki, yox. Çünki söhbət dollardan gedir".

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.